Adriana Lima: “Eşqlə çay” - FOTO

  • By admin
  • 13 İyul 2017 10:16

04

Braziliyanın dünyaca məşhur modeli Adriana Lima ilə Türkiyənin tanınmış yazıçısı Metin Haran istirahətlərini Bodrumda davam etdirirlər.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bodrumda dincələn A.Lima öz “İnstaqram” hesabında çay içdiyi stəkanın fotoşəkilini paylaşaraq altından “Eşqlə çay” şərhini yazıb.

Belə ki, cütlük Bodrumun lüks yaxtalarından birini kirayə götürüb Gökova Körfəzi və Yunanıstan adalarını əhatə edən dəniz səyahətinı çıxmağı planlaşdırıb.

Qeyd edək ki, cütlük Antalyada təşkil olunan tədbirlərdən birində tanış olub. Onlar sosial şəbəkədə bir-biri haqqında xoş sözlər də yazıblar. A.Lima və M.Hara yaxın günlərdə Atatürk Hava Limanında öpüşərkən görüntüləniblər.

05

Anar

Gununsesi.info