Adsız əsgərlərimiz cəzasını verdi – İrandan şok açıqlama

  • By admin
  • 11 İyun 2017 21:04

 iran-terror (1)

 

İran Kəşfiyyat naziri Mahmud Ələvi parlament və Ayətullah Xomneynin türbəsinə təşkil olunan hücumların əmrini verən şəxsin ölkə xaricində keçirilən əməliyyatla öldürüldüyünü bildirib.

Musavat.com xəbər verir ki, nazir məsələ ilə bağlı bunları deyib: “Hücumu planlayan və əmrini verən şəxs hadisədən sonra ölkə xaricinə qaçıb. Lakin dost kəşfiyyat xidmətlərinin köməyi ilə adsız əsgərlərimiz (İran kəşfiyyat üzvlərinə verilən ad) tərəfindən onun cəzası verildi”.

Əməliyyatın hansı ölkədə keçirildiyini söyləməyən Ələvi, terrorçuların yaşadıqları İranın qərbində yerləşən Kirmanşah əyalətindəki evə basqın edildiyini də bildirib .

Qeyd edək ki, 5-i terrorçu olmaqla 22 nəfərin ölümü, 52 nəfərin yaralanması ilə nəticələnən terror aktlarını İŞİD öz üzərinə götürmüşdü.

 

Gununsesi.info