Azərbaycan Dillər Universitetinin (ADU) elmi şurasının müvafiq qərarına əsasən universitetdə jurnalistika kafedrası yaradılıb.
ADU-dan Gununsesi.info-ya bildiriblər ki, kafedranın yaradılmasının məqsədi istər Azərbaycandilli, istərsə də müxtəlif xaricidilli kütləvi informasiya vasitələri üçün mütəxəssislərin hazırlanmasını təmin etməkdir.
Gununsesi.info