“Azərbaycan Dəmir Yolları” QSC-də 27 sentyabr – Anım Günü ilə əlaqədar şəhidlərimizin xatirəsi yad edilib.
Gununsesi.info xəbər verir ki, ADY əməkdaşları şəhidlərimizin ailə üzvləri ilə birlikdə Bakı, Gəncə, Ağstafa və Culfada dəmiryolçu şəhidlərin məzarlarını ziyarət ediblər.
QSC-nin sədri Rövşən Rüstəmov və qurumun əməkdaşları Zəfər parkında olub, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.
Vətən müharibəsində ADY-nin 300-ə yaxın əməkdaşı döyüşüb, onlardan 125 nəfəri müxtəlif medallarla təltif edilib. Ümumilikdə I Qarabağ müharibəsində 79, Vətən müharibəsində isə dörd dəmiryolçumuz şəhid olub.
Dəmiryolçular hər zaman ön sıralarda olublar. İstər zirehli texnikanın, ərzaq məhsullarının vaxtında və təhlükəsiz cəbhə bölgəsinə çatdırılmasında, istər hərbi qənimətlərin paytaxta danışmasında, istərsə də ümumi səfərbərlik çərçivəsində dəmiryolçuların danılmaz xidmətləri var.
Gununsesi.info