ADY ilə Avropa İttifaqı arasında Orta Dəhlizin inkişafına dair görüş

  • By Mina
  • 17 Aprel 2024 14:04

Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmovla ölkəmizdə səfərdə olan Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Teri Hakalanın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Bu barədə Gununses.info-ya ADY-dən məlumat verilib.

Görüş zamanı ADY ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı müzakirə edilib, nümayəndə heyətinə regionda həyata keçirilən dəmiryol layihələri, işğaldan azad olunmuş ərazilərimizdə yenidən qurulan dəmiryol infrastrukturu, həmçinin Orta Dəhiz və onun artmaqda olan əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Gununsesi.info