ADY-nin işçi qatarları Ağdamdadır - VİDEO

  • By admin
  • 06 Avqust 2023 21:59

Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) işçi qatarları işğaldan azad olunmuş Qafqazın “Hiroşiması” adlanan Ağdamdadır.

Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi şöbəsinin müdiri Sənubər Nəzərova sosial şəbəkədə paylaşım edib.

“Qarabağda həyatın, infrastrukturun bərpasında “Azərbaycan Dəmir Yolları”nın potensialı əvəzsizdir”, – qurum rəsmisi qeyd edib.