Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) yeni baş direktoru Rafael Qrossi yaxın vaxtlarda İrana səfər etmək niyyətindədir.
Gununsesi.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş direktoru özü məlumat verib.
“Bu (İrana səfər – red.) baş verəcək. Nə vaxt olacağını bilmirəm. Ancaq, güman ki, bu, kifayət qədər yaxın gələcəkdə baş verəcək”, – R.Qrossi deyib.
O, səfəri İran tərəfi ilə hələ müzakirə etmədiyi üçün dəqiq tarix haqqında danışmaq istəmədiyini vurğulayıb.
“Çox yaxında İranın Vyanadakı səfiri və Tehrandakı yüksək vəzifəli şəxslərlə əlaqə qurulacaq və planlaşdırmaya başlayacağıq”, – o əlavə edib.
AEBA rəhbəri İranla fərqli – konstruktiv və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmaq niyyətində olduğunu da bildirib.
Gununsesi.org