Aeroport yolunda dəhşətli qəza – ölən və yaralılar var – Video

  • By admin
  • 17 Noyabr 2019 16:33

Paytaxtın Xəzər rayonunda ağır yol qəzası qeydə alınıb. 

Gununsesi.org Baku.ws-ə istinadən xəbər verir ki, aeroport yolunda bir neçə avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Hadisə şahidlərinin sözləri görə, Bakı-Mərdəkan yolunda 44 BL 089 dövlət nömrə nişanlı “VAZ 2107″nin sürücüsü yüksək sürətlə hərəkət edib.

İdarəetməni itirən sürücü başqa bir avtomobilə çırpılıb. Qəza zamanı bir neçə maşın da əzilib.

Hadisə zamanı 2 nəfər yerində dünyasını dəyişib. Digər 2 nəfər – 45 yaşlı qadın və 6 yaşlı uşaq isə kritik vəziyyətdə 3 saylı şəhər xəstəxanasına aparılıb.

Baku.ws-ə isitnadən hadisə yerindən videonu təqdim edirik:

 

 

Gununsesi.org