Aeroport yolunda “Prius” avtobusa çırpıldı

  • By admin
  • 19 Fevral 2024 15:56

Mərdəkan şosesi, Milli Aviasiya Akademiyasının yaxınlığında “Toyota Prius” markalı avtomobil 171 saylı marşrut xətti üzrə hərəkət edən avtobusla toqquşub.

Gununsesi.info Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, qəza səbəbindən Mərdəkan qəsəbəsi istiqamətində sıxlıq yaranıb.

Bildirilib ki, hadisə barədə yol polisinə məlumat verilib. Yaranan sıxlığın qarşısını almaq üçün tədbirlər görülür.

 

Gununsesi.info