Bakının əsas yollarında sürət həddi azaldılıb.
Bakı Nəqliyyat Agentliyindən Gununsesi.info-ya verilən məlumata görə, bu addımın atılmasına səbəb hava şəraitinin kəskin pisləşməsidir.
“Heydər Əliyev prospekti – Hava Limanı, eləcə də əks istiqamətdə, həmçinin, Zığ dairəsi – Hava Limanı və əks istiqamətdə bütün hərəkət zolaqları üzrə sürət daha 40 km/saat endirilib”, – deyə qurumun açıqlamasında bildirilir.
Gununsesi.info