Aeroport yolunda sürət aşağı salındı

  • Müəllif: admin
  • 13 Fevral 2017 17:20

aeroport qar

Paytaxtda hava limanı yolunda sürət endirilib.

Bakı Nəqliyyat Agentliyindən Gununsesi.info-ya verilən məlumata görə, hazırda paytaxtda müşahidə edilən hava şəraiti ilə bağlı olaraq yolun hərəkət hissəsi sürüşkən olduğundan hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Heydər Əliyev prospekti – Hava Limanı, eləcə də əks istiqamətdə, həmçinin Zığ dairəsi – Hava Limanı və əks istiqamətdə bütün hərəkət zolaqları üzrə sürət 20 km/saat endirilib.

Gununsesi.info