Ukraynanın Lvov şəhər aeroportunun baş direktorunun müavini rüşvətə görə saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Baş prokuroru Yuri Lutsenko məlumat yayıb.
O deyib ki, Lvov beynəlxalq aeroportunun baş direktorunun müavini 40 min qrivna (1 dollar 26,78 qrivna) rüşvət alan zaman saxlanılıb. O, bu pulu aeroportun təmiri zamanı alıb.
Faktla bağlı cinayət işi açılıb.
Gununsesi.info