Aerportda zəhərli ilan, qurbağa aparan vətəndaş saxlanıldı

  • By admin
  • 04 May 2017 12:52

590aeb351e76f_snake_040517

Niderlandın paytaxtı Amsterdamın hava limanında Rusiya vətəndaşı saxlanılıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən məlumat verir ki, sərnişinin saxlanmasının səbəbi çantasında diri ilan, qurbağa, kərtənkələ və tarakanlar aparması olub.

Aeroport polisinin verdiyi məlumata görə, ilanlardan bəziləri zəhərli olub. Həmin şəxs heyvanları Braziliyadan Rusiyaya aparırmış.

Qeyd olunur ki, o, zəhərli heyvanları bel çantasında apardığı üçün saxlanılıb.

Gununsesi.info