AFAD-dan dəhşətli açıqlama: Zəlzələ 500 atom bombası gücündə idi və …

  • By admin
  • 11 Fevral 2023 17:15

Türkiyədəki zəlzələ ilə bağlı AFAD (Acil Durum Yönetimi Başkanlığı) yeni açıqlama verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, qurumun Baş direktoru Orxan Tatar Türkiyənin Qəhrəmanmaraş şəhərində yaşanan zəlzələnin analizi ilə bağlı bilgiləri paylaşaraq fəlakətin 500 atom bombası gücündə olduğunu bildirib.

İlk zəlzələnin 65 saniyə davam etdiyini yə dağıdıcı təsirlərinin bu qədər davam etdiyini bildirən AFAD rəsmisi bölgənin 2 dəqiqəyə yaxın sarsıntıların olduğunu dilə gətirib.

İkinci zəlzələnin isə yıxıcı təsirinin 45 saniyə davam etdiyini vurğulayıb.

Bu ana qədər 2 mindən artıq zəlzələnin yaşandığını söyləyən Tatar zəlzələ və təkanlarının 4 baldan daha çox olduğunu vurğulayıb.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info