Afaq Aslan gözəllik müsabiqəsinin qalibi oldu- FOTO+VİDEO

Afaq Aslan gözəllik müsabiqəsinin qalibi oldu

afaq

Azərbaycanlı müğənni Afaq Aslan Ukraynada keçirilən “Мiss Vselennaya – 2017” (“Kainat gözəli – 2017”) gözəllik müsabiqəsinin qalibi olub.

Gununsesi.info xəbər verir ki, ifaçı bu barədə sosial şəbəkədə məlumat yayıb.

“23 ölkənin təmsilçisi arasından finala cəmi 9 iştirakçı çıxdı. Bu müsabiqəyə qatılmaqla çox çətin imtahandan keçdim. Qınaq obyekti olmağıma və tənqidlərə baxmayaraq, heç kimin fikri məni hədəfə gedən yoldan döndərə bilmədi. Bu gün öz hədəfimə çatdım. Dünyaya sübut etdim ki, bəşəriyyətin ən gözəl qadınları Azərbaycan qadınlarıdır”, – deyə Afaq Aslan yazıb.

 

Gununsesi.info

COMMENTS