AFFA baş hakimi cəzalandırdı - OYUNDA SƏHV QƏRAR VERDİYİ ÜÇÜN

  • By admin
  • 07 Mart 2017 13:34

affa

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Gununsesi.info-nun məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının XXI turunun oyunlarında baş verən yeganə xoşagəlməz hadisə müzakirə olunub.

“Kəpəz” – AZAL matçının videoyazısını izlədikdən sonra komitə qonaqların futbolçusu Alamadine Omeqa Robertsin aqressiv hərəkətini aşkarlayıb. Oyunun 64-cü dəqiqəsində rəqib futbolçuya qarşı  edilən bu hərəkət legionerin 3 matçlıq cəzalanmasına səbəb olub. AZAL isə 2400 manat cərimələnib.

Hakimlər Komitəsinə həvalə edilib ki, qarşılaşmanın referisi Orxan Məmmədov haqqında lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandır versin.

Gununsesi.info