AFFA baş sağlığı verdi - TƏYYARƏ QƏZASINDA ÖLƏN FUTBOLÇULARIN YAXINLARINA (FOTO)

  • By admin
  • 30 Noyabr 2016 12:08

affa
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyi Azərbaycan ölkə futbol ictimaiyyəti adından “Chapecoense” klubunun futbolçularının olduğu təyyarə qəzasında həlak ilə əlaqədar başsağlığı verib.
Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verir ki, bununla bağlı qurumun rəsmi saytında başsağlığı mətni yerləşdirilib.
Mətində qeyd edilir: “Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyi ölkə futbol ictimaiyyəti adından Braziliyanın “Chapecoense” klubunun futbolçularının da olduğu təyyarə qəzasında həlak olanların ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”.
Qeyd edək ki, “Chapecoense” klubunun futbolçularından Filipe Joze Maçado və Villiam Tieqo de Xesus bir vaxtlar Azərbaycan Premiyer liqasında top qovublar. Belə ki, Maçado 2010/2011 mövsümündə Bakı “İnter”ində, Tieqo isə 2014-cü ildə “Xəzər Lənkəran”da forma geyinib.
Allah rəhmət eləsin!

affa1
Anar
Gununsesi.info