AFFA bu oyunları təxirə saldı

  • By Admin2
  • 11 Aprel 2026 13:05

AFFA Gənclər Liqasında II mərhələnin IV və V turunun oyunlarını təxirə salıb.

Gununsesi.info xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.

Qərara səbəb 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının aprelin 13-26-sı aralığında Qəbələdə təşkil ediləcək təlim-məşq toplanışıdır.

Ona görə də 18-19 aprel və 25-26 aprel tarixlərində baş tutması nəzərdə tutulan görüşlər qeyri-müəyyən müddətə təxirə salınıb.

Gununsesi.info