AFFA cəzalar yağdırdı

  • By admin
  • 27 Dekabr 2017 13:40
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Gununsesi.info xəbər verir ki, iclasda müxtəlif yaşlı futbolçular arasında keçirilən liqa oyunlarında baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib:
Regional Liqasının “Ümid” – “Tufan” matçında “Ümid” klubu təhlükəsizliyi təmin etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-17 liqasında “Keşlə” – “Neftçi” matçının 89-cu dəqiqəsində “Neftçi”nin baş məşqçisi Elçin Dərgahquliyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Lakin sonradan Elçin Dərgahquliyevin köməkçi hakimi təhqir etdiyinə görə texniki zonadan uzaqlaşdırılması müəyyən olunub. Bunu nəzərə alaraq İntizam Komitəsi 18 №-li protokoluna dəyişiklik edərək, Elçin Dərgahquliyevi hakimi təhqir etdiyinə görə 5 oyun cəzalandırıb.
U-13 qızlar liqasında “Əhmədli Yunayted” – “Sumqayıt” matçında “Sumqayıt” komandasanın heyətində yaş limitinin pozulmasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-13 qızlar liqasında “Amasiya” FK – “Fidan” matçında “Fidan” komandasanın heyətində yaş limitinin pozulmasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Gununsesi.info