AFFA cəzaları açıqladı

  • By admin
  • 14 Aprel 2023 14:26

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Peşəkar Futbol Liqasının rəsmi saytının yaydığı məlumata görə, toplantıda I Divizionun XXIV turunda yaşanan neqativ hallara hüquqi qiymət verilib.

“Qəbələ-2” – MOİK oyununda MOİK qonaq komandanın futbolçusu Kamil Hüseynov ikinci sarı vərəqədən qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalanıb, klub 20 manat cərimə edilib.

Sözügedən matça Təcili Tibbi Yardım maşını təyin edilən vaxtdan gec gəldiyinə görə “Qəbələ-2” komandası 40 manat cərimə olunub.

“Turan Tovuz-2” – “Mingəçevir” oyununda meydan sahibi komandanın futbolçusu Abbas Ağazadə ikinci sarı vərəqədən qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalanıb, komanda 20 manat cərimələnib.

“Şamaxı-2” – “Zaqatala” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilib.

“Şamaxı-2” – “Zaqatala” oyununda qonaq komandanın futbolçusu İbrahim Qədirzadə ikinci sarı vərəqədən qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

“Kəpəz-2” – “Neftçi-2” oyununda gəncəlilərin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə edilib.

“Kəpəz-2” – “Neftçi-2” oyununda meydançaya kənar əşya atıldığına görə meydan sahibi 160 manat cərimə edilib.

“İmişli” – “Qarabağ-2” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimələnib.

“İmişli” – “Qarabağ-2” oyununda Ağdam klubunun futbolçusu Elmir Abbasov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, komanda 160 manat cərimə edilib.

“İmişli” – “Qarabağ-2” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibi 160 manat cərimə edilib.

Gununsesi.info