AFFA-da Mahal Məmmədovla görüş keçirilib

  • By admin
  • 19 Yanvar 2021 15:59

Ötən il sentyabrın 27-də başlayan və 44 gün ərzində davam edən, rəşadətli Azərbaycan ordusunun parlaq qələbəsi ilə yekunlaşan Vətən müharibəsinin iştirakçısı, Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov ilə bu gün AFFA-nın inzibati binasında görüş keçirilib.

Gununsesi.org xəbər verir ki, icraçı vitse-prezident Elxan Məmmədov dövlət başçısı cənab İlham Əliyevin Sərəncamı ilə “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunması münasibətilə Mahal Məmmədovu bir daha təbrik edib.

Gununsesi.org