
AFFA İcraiyyə Komitəsinin növbəti iclasında müzakirə olunacaq məsələlər açıqlanıb.
Milli assosiasiyanın rəsmi saytında verilən məlumata görə, yığıncağın gündəliyinə bir sıra vacib məsələlər daxil edilib.
– Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan silsilə tədbirlər
– 2024-2028-ci illər üçün FIFA və UEFA tərəfindən ayrılacaq maliyyə vəsaitinin müxtəlif regionlarda yeni stadionların inşasına ayrılması
– Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçilərinin təsdiqi
– AFFA-nın nəzdində fəaliyyət göstərən müvafiq komitələrin tərkibinin təsdiqi
– Futbol veteranları üçün fərdi təqaüdlər haqqında Əsasnaməsinin təsdiqi
– Yoxlama və Təftiş Komitəsinin hesabatı
– I Divizionda çıxış etmək üçün Region Liqasinda 3 illik fəaliyyət tələbi ilə bağlı qərarın müzakirəsi
– Azərbaycan Premyer Liqası, I Divizion və kubok oyunlarının internet üzərindən yayımı və oyunların statistik məlumatlarının əldə olunmasının PFL-ə həvalə olunmasının təsdiqi
– I Divizion və əvəzedici heyət yarışlarının ayrılmasının müzakirəsi
– 2023/2024 mövsümündən I Divizionda çıxış edən klublar üçün lisenziyalaşdırmanın tətbiqinin müzakirəsi
– Azərbaycan Futzal Federasiyasının fəaliyyəti ilə bağlı qurum rəhbərliyinin məlumatı
– Digər məsələlər
Qeyd edək ki, İcraiyyə Komitəsinin iclası martın 7-də baş tutacaq.
Gununsesi.info