AFFA “Kəpəz”i cərimələdi - STADİONU SULAMADIĞI ÜÇÜN

  • By admin
  • 08 Noyabr 2017 13:48
AFFA İntizam Komitəsinin bugünkü iclasında Azərbaycan Premyer Liqasının XI turunun 2 oyununda baş verənlərlə bağlı tədbir görülüb.
Gununsesi.info-nun məlumatına görə, “Qarabağ”la görüşdə “Kəpəz” klubu meydanı sulamadığı üçün 800 manat cərimələnib.
“Zirə” ilə matçda isə “Neftçi”nin azarkeşləri olan sektorda oturacaqlar sındırılıb. İntizam Komitəsi qərara alıb ki, stadiona dəymiş ziyan əsasında “Zirə”nin təqdim edəcəyi hesab “Neftçi” klubu tərəfindən ödənilsin.

Gununsesi.info