AFFA komanda yoldaşını döyən futbolçunu cəzalandırdı

  • By admin
  • 01 Fevral 2024 16:19

AFFA İntizam Komitəsi “Turan-Tovuz-2” komandasının futbolçusu Budaq Nəsirov və qapıçısı Elxan Qasımovu sərt cəzalandırıb.

Gununsesi.info xəbər verir ki, buna oyunçuların Əvəzedicilər Liqasının XX turunda “Səbail-2” ilə matçda təcavüzkar davranışa yol vermələri səbəb olub.

Komanda yoldaşlarını vuran futbolçular birbaşa qırmızı vərəqə aldıqları üçün 4 oyunluq diskvalifikasiya ediliblər. Tovuz təmsilçisi isə buna görə 600 manat cərimələnib.

“Turan Tovuz” rəhbərliyi də futbolçunu cəzalandırıb. Nəsirov komandanın düşərgəsindən uzaqlaşdırılıb.

Gununsesi.info