AFFA-nın baş katibi millinin baş məşqçisi məsələsinə aydınlıq gətirib

  • By ilhame
  • 15 Mart 2024 19:20

Azərbaycan millisinə baş məşqçi təyinatı ilə bağlı İşçi Qrupu yaradılıb. Həmin heyət bu mövzuda fikir mübadiləsi aparır.

Gununsesi.info-nun Gəncəyə ezam olunan əməkdaşının məlumatına görə, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev “Kəpəz”in yeni akademiyası və məşq mərkəzinə təşkil olunan media tur zamanı jurnalistlərə açıqlamasında deyib.

S.Hacıyev Azərbaycan millisinin baş məşqçisi məsələsində yeniliyin olmadığını vurğulayıb: “Bu sualı cavablandırmaq üçün müəyyən zamana ehtiyacımız var. Ümumi olaraq baş məşqçinin hansı kriteriyalara cavab verməsi barədə müzakirələr aparılıb”.

O, hakimlik barədə tənqidlərə münasibət bildirib: “VAR sistemi ilə bağlı müəyyən müsbət məsələlər var. Bir çox oyunlarda video təkrardan sonra ədalətli qərarların verildiyinin şahidi oluruq. Bəzən səhv qərarlar da olur. Hakimlər Komitəsi ilə hər bir səhvin üzərində iş aparılması üçün çalışırıq. Əsas diqqət gənc hakimlərin inkişafına yönəlib. Gələcəkdə hakimliklə bağlı akademiyanın fəaliyyət göstərməsi planlarımızda var. Komitə sədri Barış Şimşəyin müqavilə müddətinin uzadılması məsələsi isə hələ ki gündəmdə deyil”.

Gununsesi.info