AFFA-nın “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Lənkəranda keçirilib

  • By ilhame
  • 07 Yanvar 2024 16:56

AFFA-nın və Azərbaycan Uşaq Gənclər Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Lənkəran şəhərində “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.

 

Gununsesi.info milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, mərasimdə çıxış edən AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev layihənin regionlarda və kəndlərdə idmanın, futbolun inkişafına dair yerinə yetirilməsi istiqamətində atılmış addımların davamı olduğunu, belə tədbirlərin digər regionlarda keçiriləcəyini vurğulayıb.

 

Qurum tərəfindən uşaqlara futbola marağı artırmaq məqsədilə idman geyimləri və toplar verilib.

 

Tədbirə Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti Asif Əliyev, baş katibi Asim Xudiyev, Gənclər və İdman Nazirliyinin əməkdaşı Cavid Cahangirzadə və Cənub Regional Futbol Federasiyasının prezidenti Sakin Məmmədzadə qatılıblar.

Gununsesi.info