AFFA tərəfindən UEFA-nın ali marketinq mükafatı olan “UEFA KİSS Marketing Awards 2016”ya təqdim olunmuş “CBC Sport” lahiyəsi ən yaxşı kommersiya tərəfdaşlığı meyarı üzrə müxtəlif milli assosiasiyalar tərəfindən təqdim olunmuş 16 layihə arasında 3 ən yaxşı layihə kimi seçilib.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından Gununsesi.info-ya verilən məlumata görə, noyabrın 23-də Yunanıstanın paytaxtı Afinada keçiriləcək tədbir zamanı qalib layihə müəyyənləşdiriləcək. Seçilmiş 3 layihə aşağıdakılardır:
– Azərbaycan Futbol Federasiyaları Assosiasiyası – “CBC Sport”
– Niderland Krallığı Futbol Assosiasiyası – “İNG Bank” həvəskar futbol sponsorluq proqramı
– Polşa Futbol Federasiyası – “PZPN”-in lisenziyalaşdırma proqramı
“UEFA KİSS Marketing Awards” hər iki ildən bir keçirilir və UEFA-ya daxil olan milli assosiasiyaların marketinq sahəsində tətbiq etdiyi layihələr 5 meyar üzrə qiymətləndirilir. 2 il öncə AFFA tərəfindən keçirilmiş “3×3 qızlar” turniri ən yaxşı kütləvi futbol layihəsi meyarı üzrə mükafatlandırılıb və layihə UEFA-nın qadın futbolu inkişafı proqramları üzrə hesabatında ən yaxşı təcrübə nümunəsi kimi göstərilib.
Anar
Gununsesi.info