AFFA-nın rəsmisi UEFA-nın İşçi Qrupunun tərkibində

  • By admin
  • 31 İyul 2017 14:54

affa

Avropanın klub futbolunda idman və iqtisadi mühitin inkişafı məqsədilə UEFA-nın Klubların Lisenziyalaşdırılması Komitəsi gələcək mövsümlər üçün nəzərdə tutulmuş UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play Qaydalarının təkmilləşdirilməsi ilə bağlı qərar qəbul edib.

Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verir ki, bu məqsədlə Komitə UEFA-nın nəzdində Klubların Lisenziyalaşdırılması üzrə İşçi Qrupu yaradıb.

Belə ki, 8 nəfərdən ibarət olan İşçi Qrupunun tərkibinə Almaniya, İngiltərə, İtaliya, Belçika, İslandiya, Kipr və Sloveniya Futbol Federasiyalarının nümayəndələri ilə bərabər AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov da daxil edilib.

Qeyd edək ki, İşçi Qrupunun ilk iclası bu ilin oktyabrında Monteneqroda keçiriləcək.

Anar
Gununsesi.info