Aprelin 2-də AFFA-nın növbəti Konfransı keçiriləcək.
Gununsesi.info xəbər verir ki, tədbir saat 10:00-da başlayacaq.
Toplantının gündəliyinə konfransın tərkibinin yoxlanılması, AFFA-nın baş katibinin hesabat xarakterli məruzəsi, Maliyyə Hesabatları, müstəqil auditorun hesabatı, AFFA prezidenti vəzifəsinə və İcraiyyə Komitəsinə seçkilərin keçirilməsi daxildir.
Xatırladaq ki, AFFA-nın prezidenti vəzifəsinə yeganə namizəd SOCAR-ın prezidenti, “Neftçi”nin Müşahidə Şurasının sədri Rövşən Nəcəfdir.
Gununsesi.info