AFFA Qarabağ Dirçəliş Fonduna ianə etdiyi vəsaitin məbləğini açıqlayıb

  • By admin
  • 29 Dekabr 2021 18:18

AFFA Qarabağ Dirçəliş Fonduna (QDF) 15 300 manat ianə edib.

Gununsesi.info xəbər verir ki, milli assosiasiya ilə QDF arasında sentyabrın 13-də imzalanmış “Anlaşma Memorandumu”na əsasən, Azərbaycan yığmasının 2022-ci il dünya çempionatının seçmə mərhələsində keçirildiyi bütün ev oyunlarında bilet satışı zamanı əldə olunan gəlirin 10 faizi Fondun bank hesabına köçürülüb.

HTML tutorial

Bu, sözləşmənin bağlandığı tarixdən sonra baş tutmuş qarşılaşmalara şamil edilib.

Gununsesi.info