AFFA yeni baş məşqçilərin adlarını açıqladı - SİYAHI

  • By admin
  • 13 Dekabr 2017 10:12

Azərbaycan yığmalarında yeni təyinatlar açıqlanıb.

Gununsesi.info xəbər verir ki, 2018-ci ildən aşağı yaş qrupu üzrə millilərdə çalışacaq mütəxəssislər müəyyənləşib.

U-20 və U-21 millisinə “Qarabağ”ın kapitanı, eləcə də, klubun U-19 komandasının baş məşqçisi Rəşad Sadıqov təyin edilib.

Bundan əlavə, Vüqar Məmməd U-19, Zaur Həşimov U-18, Ramin Quliyev isə U-17-yə gətirilib.

Təyinatlarla yanaşı, 2 yaş qrupu üzrə yığma da yaradılıb. Bunlar U-20 və U-18 komandalarıdır. Hər iki yığmanın funksiyası bir yaş yuxarı milliyə oyunçular yetişdirmək olacaq.

Gununsesi.info