AFFA yeni bukmeyker şirkəti ilə müqavilə bağlayır

  • By admin
  • 17 Dekabr 2021 13:37

2022-ci ildə AFFA ilə Türkiyənin “Misli.com” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanacaq.

Gununsesi.info-nun məlumatına görə, bu barədə milli assosiasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədov Klublar Komitəsinin iclasında açıqlama verib.

HTML tutorial

Funksioner bu sözləşmənin ümumilikdə Azərbaycan futbolu və klubları üçün maliyyə məsələləri baxımından faydalı olacağını bildirib.

Qeyd edək ki, “Misli.com” şirkəti 2019-cu ildən Demirören Holdinqin tərkibinə daxil edilib və son 2 ildə Türkiyənin ən sürətlə böyüyən qanuni mərc saytına çevrilib. Hazırda 2 milyon üzvü var.

Gununsesi.info