Afinada hücumların qarşısı alınıb

Afinanın mərkəzində yəhudi restoranına hücumetmək istəyən iki nəfər həbs edilib.
Bu barədə Gununsesi.info Euronews-yə istinadən xəbər verir.
Afina polisi  hesab edir ki, digər yəhudi obyektlərinə hücumlar planlaşdırılıb və bu, çoxsaylı mülki itkilərə səbəb ola bilər.
Şübhəlilər terrorçuluq ittihamı ilə saxlanılıb. Yunanıstanda olmayan üçüncü şəxs də dindirilmək üçün axtarışa verilib.
“Yunanıstan Polisi və Milli Kəşfiyyat Xidmətinin əlaqələndirilmiş hərəkətlərindən sonra xaricdən gələn rəhbərliyin altında Yunanıstanda diqqətlə seçilmiş hədəflərə zərbələr planlaşdıran terror şəbəkəsi ləğv edilib. Milli Kəşfiyyat Xidməti tərəfindən toplanan və emal edilən məlumatlar əsasında ölkənin müxtəlif bölgələrində koordinasiyalı əməliyyatlar həyata keçirilib. İki xidmət arasında koordinasiya olunmuş bu aksiya çərçivəsində xaricdə fəaliyyət göstərən terror rəhbərliyinə mənsub iki əcnəbi şəbəkənin “beyni” kimi həbs edilib.
Məqsədləri təkcə günahsız vətəndaşları öldürmək deyil, həm də ölkənin təhlükəsizlik hissini sarsıtmaqla yanaşı, onun institutlarına zərər vurmaq və beynəlxalq əlaqələrinə təhlükə yaratmaq idi,”- Bu barədə Kathimerini qəzetində dərc olunan hesabatda deyilib.
Tərcümə:
Adil Elxanoğlu
Gununsesi.info