
Afrika Millətlər Kubokunda növbəti yarımfinal matçı keçirilib.
Gununsesi.info-nun məlumatına görə, ikinci finalçı olmaq üçün Qana Kamerunla qarşılaşıb.
Matç Kamerunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Afrika Millətlər Kuboku
Yarımfinal
Kamerun – Qana 2:0
Qollar: Ngadeu-Ngadjui, 72, Bassoqoq, 90+3
Qeyd edək ki, finalda Kamerun Misirlə üz-üzə gələcək. III yer uğrunda görüşdə isə Qananın rəqibi Burkina-Faso olacaq.
Gununsesi.info