Futbol üzrə Afrika Millətlər Kubokunda yarımfinal cütləri bəlli olub.
Gununsesi.info-nun məlumatına görə, son olaraq Cənubi Afrika seçməsi 1/4 finalda “Qarabağ”ın futbolçusu Patrik Andradenin şərəfini qoruduğu Kabo-Verde millisi ilə üz-üzə gəlib.
Əsas və əlavə vaxtı qolsuz başa çatan qarşılaşmanın penaltilər seriyasında (2:1) daha dəqiq oynayan Cənubi Afrika yığması növbəti raunda vəsiqə qazanıb.
Afrika Millətlər Kuboku
Yarımfinal
7 fevral
21:00. Nigeriya – Cənubi Afrika
00:00. Kot-d’İvuar – Konqo DR
Gununsesi.info