Afrika qəbilələrinin qəribə həyat tərzi– TOY GÜNÜ GƏLİNİ YARALAYIRLAR

Afrika qəbilələrinin qəribə həyat tərzi

Afrika qəbilələri hər zaman insanların fərqli, olduqca qəribə həyat tərzi ilə diqqət çəkir.

Keniya, Namibiya, Efiopiyada qeyri-adi adət və ənənələrə malik toplumlar yaşayır. Onlar haqqında bilgilər oxuyan hər kəsin təəccübünə səbəb olur.

Gununsesi.info Afrika qəbilələri haqqında məlumatı təqdim edir.

Mursi qəbiləsi

Mursi qəbiləsinə mənsub olan qadınlar, qəribə səslənsə də, dodaqlarına qab taxır, rəngli təbaşirlərlə bədənlərinə şəkillər çəkirlər. Bu, gözəllik əlaməti hesab olunur.

 

Arbore qəbiləsi

Qəbilə üzvləri musiqinin və pozitiv enerjinin təsiri ilə bütün şər qüvvələrə qalib gəlməyin mümkünlüyünə inanırlar. Onlar müəyyən ayinləri icra etdikdən sonra xüsusi rahatlıq tapırlar.

 

Hamar qəbiləsi

Efiopiyada məskunlaşan Hamar qəbiləsinə mənsub olan qadınlar heyvan dərisindən paltarlar geyinirlər. Burada toy adətləri olduqca qəribədir. Həmin gün gəlini yaralayırlar ki, bəyin ona qan borcu yaransın. Gələcəkdə münasibətdə hər hansı bir problem yaranarsa, kişi qadını mütləq qorumalıdır. Burada oğlanlar evlənmək istədikləri zaman 15 ölü inəyin üzərində yıxılmadan yeriməlidirlər. Əgər yıxılsalar, həm evlənmə hüququndan məhrum olurlar, həm də döyülürlər.

 

Himba qəbiləsi

Şimalı Namibiyada yaşayan Himbalar 20-50 min nəfərdən ibarət köçəri toplumdur. Deyilənlərə görə, onlar bu əraziyə XV-XVI əsrlərdə gəlmiş, ovçuluq və yığıcılıqla məşğul olmuşlar. Burada əsas əmək tələb edən işlərin çoxunu qadınlar görür. İnək sağmaq, su daşımaq, ev tikmək, uşağa baxmaq və s.

 

Samburu qəbiləsi

Keniyada yaşayan Samburu qəbilə üzvləri yarımköçəri həyat sürür, iri və xırdabuynuzlu mal-qara saxlayırlar. Qəbilədə əsas qərarları ən yaşlı üzv verir. Kişilər, adətən, 30 yaşından sonra evlənirlər.

Gununsesi.info

COMMENTS