
Cənubi Afrika Respublikasının şərqində avtobus qəzası nəticəsində 10 nəfər həlak olub.
Gununsesi.info xəbər verir ki, bu barədə yerli SABC radiostansiyası məlumat yayıb.
Məlumata görə, 24 nəfər yaralanıb və hazırda xəstəxanalardadır.
Bildirilib ki, qəza Delmas şəhəri ərazisində dumanlı hava şəraitində baş verib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info