Efiopiyanın birtərəfli qaydada müstəqilliyini elan edən Somaliland ilə limana çıxışı üçün danışıqlar aparmasından sonra Somali Əddis-Əbəbədəki səfirini geri çağırıb.
Gununsesi.info xəbər verir ki, Somali hökumətinin rəsmi nümayəndəsi Farhan Jimale bir gün əvvəl imzalanan sazişi Somalinin suveren hüquqlarının pozulması adlandırıb.
Əddis-Əbəbə razılaşmanı rədd etdiyini söyləyərək, BMT və Afrika İttifaqını Efiopiya və Somaliland arasında əldə olunan razılaşmalara etiraz etmək üçün təcili iclas keçirməyə çağırıb.
Bir gün əvvəl Efiopiya və Somaliland arasında limanlardan istifadə və dənizə çıxışla bağlı anlaşma memorandumu imzalanıb.
Sənəd Efiopiyaya Somaliland sahillərində həm ticarət, həm də hərbi məqsədlər üçün fəaliyyət göstərməyə icazə verir.
Somalilandın rəhbəri Musa Bihi Abdi bildirib ki, Efiopiya sazişin həyata keçirilməsindən sonra Somalinin müstəqilliyini tanıyacaq.
Gununsesi.info