Afrikada keçiriləcək G20 zirvəsində Trampı Vens əvəz edəcək

  • By Admin08
  • 06 Sentyabr 2025 08:32

Cənubi Afrikada keçiriləcək G20 sammitinə ABŞ prezidenti Donald Trampın əvəzinə vitse-prezident Ceyms Vens gedəcək.

Gununsesi.info xəbər verir ki, bunu Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransı zamanı deyib.

“Bu il getməyəcəyəm. Cənubi Afrikadadır. Mən getməyəcəyəm. Mənim əvəzimə Ceyms Vens gedəcək”, – o bildirib.