Afrikada meymun çiçəyi epidemiyası: Fövqəladə vəziyyət elan edildi

  • By Günel
  • 14 Avqust 2024 13:36

Qitədə indiyədək 15 mindən çox meymun çiçəyi yoluxması, 461 ölüm faktı qeydə alınıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri qitədə meymun çiçəyi virusunun yayılması ilə əlaqədar ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib.

Mərkəzin baş Direktoru Jean Kaseya, “Kollektiv iradəmizi, resurslarımızı tez və qətiyyətlə səfərbər etmək üçün bu gün kontinental təhlükəsizliyimiz üçün fövqəladə vəziyyət elan edirik”,- deyib.

Afrika mütəxəssisləri virusun yeni variantının indiyə qədər görülənlərin arasında ən təhlükəli olduğunu və onun yayılma sürətindən narahat olduqlarını bildiriblər.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilk dəfə olaraq virusun Konqo Demokratik Respublikasında (DRC) cinsi yolla keçdiyini təsdiqləyib. Afrikalı alimlər, bu vəziyyətin xəstəliyə nəzarəti çətinləşdirə biləcəyi barədə xəbərdarlıq ediblər.

Virus əvvəl gəmiricilər və vəhşi heyvanlardan insanlara yoluxan bir xəstəlik idisə, indi artıq insandan- insana keçir. Eyni zamanda cilddə yaranan bir yaradan, ya da ağız- burun yoluyla da yoluxma baş verir.

Şimali Amerika və Avropadakı meymun çiçəyi epidemiyası ilə yoluxmuş insanlar peyvənd və antiviral müalicələrin yardımı ilə nəzarət altına alınıb. Ancaq son aylar epidemiyaların müşahidə olunduğu Afrika qitəsinin bəzi bölgələrində peyvənd demək olar ki tapılmır.

Qeyd edək ki, meymun çiçəyi virusu əvvəllər də qeydə alınmışdır.

Maymun Çiçeği (monkeypox/Mpox) salgını
Günel
Gununsesi.info