Bir sıra Afrika ölkələrinin nümayəndələri Davosda keçirilən Dünya İqtisadi Forumunda ABŞ Prezidenti Donald Trampın çıxışını boykot etməyə hazırlaşırlar.
Gununsesi.info xəbər verir ki, etiraza səbəb bundan əvvəl D.Trampın Afrika ölkələri haqqında nalayiq sözlər işlətməsi olub.
Afrika ölkələrinin nümayəndə heyətləri Birləşmiş Ştatların rəhbərini üzr istəməyə çağırır.
Qeyd edək ki, yanvarın 11-də D.Tramp ABŞ Konqresinin üzvləri ilə miqrasiya islahatlarına həsr olunmuş görüşündə Afrika ölkələrini “murdar dəlik” adlandırmışdı.
Gununsesi.info