Afrin əməliyyatı başladı, 108 hədəf vuruldu +Yenilənib

Afrin əməliyyatı başladı, 108 hədəf vuruldu +


Türkiyə ordusunun Suriyanın Afrin bölgəsinə əməliyyatı başladı.

Gununsesi.info xəbər verir ki, hazırda 8 ədəd “F16” qırıcısı qəsəbəni bombalayır.

Azad Suriya Ordusu da PYD/PKK-nın Afrində işğal etdiyi bölgələrə girməyə başlayıb.

***

Türkiyə Silahlı Qüvvələri açıqlama yayaraq əməliyyatın rəsmən başladığını elan edib. “Zeytun budağı” adı verilən əməliyyatın bölgədə təhlükəsizlik və sabitliyi təmin etmək məqsədilə təşkil edildiyi bildirilib.

***

Gununsesi.info Anadolu agentliyinə istinadən xəbər verir ki, əməliyyat zamanı öncədən müəyyənləşdirilən 113 hədəfdən 108-i vurulub.

Türkiyə Silahlı Qüvvələrindən (TSQ) bildirilib ki, əməliyyat zamanı əsas hədəf olaraq terrorçular və onlara aid sığınacaqlar, mövqelər, hərbi texnikalar seçilib. Qeyd edilib ki, sivil vətəndaşların zərər görməməsi üçün xüsusi həssaslıq göstərilir.

TSQ-dan açıqlanıb ki, hazırda döyüş bölgəsində ölən və yaralananların hamısı PKK/PYD terrorçularıdır.

 

Gununsesi.info

COMMENTS