“Afrin şəhər mərkəzinın alınması əməliyyatı hazırlanır”

  • By admin
  • 20 Fevral 2018 13:53
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrində “Zeytun budağı” əməliyyatı barədə məlumat verərək bildirib ki, indiyədək 1715 terrorçu məhv edilib ordu 32 şəhid verib.
Gununsesi.info haberler-ə istinadən xəbər verir ki,  yaxın günlərdə Afrin şəhər mərkəzinin alınması istiqamətində çox sürətli  bir plan həyata keçiriləcək: “Bu istiqamətdə hazırlıqlar bir az zaman alır. Amma hazırda Afrinin şəhər mərkəzinin alınması istiqamətində plan hazırlanmaqdadır və yaxın günlərdə reallaşdırılacaq. Lazım gələrsə birlikdə gedəcəyik”.
Türkiyənin və Türk millətinin qırmızı xəttinin olmamasını   deyənlərə cavab olaraq Ərdoğan bildirib ki, lazım olarsa, biz, bunu onların alınlarının ortasına  nəqş etməklə var olduğumuzu göstərəcəyik!
Gununsesi.info