Afrində türk polisi yaradılır

Afrində türk polisi yaradılır

Türkiyə Afrində yerli polis qüvvələri formalaşdıracaq.

Bu barədə Türkiyə mətbuatı hərbi mənbələrə istinadən xəbər yayıb.

Məlumata görə, Afrində yerli polis qüvvələrinin yaradılması prosesində min adam təlim keçəcək. Təlim keçmiş şəxslərin daha sonra Afrində terrorçulardan azad edilmiş 300 yaşayış məntəqəsində təhlükəsizliyə nəzarət edəcəyi bildirilir.

Qeyd edək ki, martın 18-də Türkiyə Silahlı Qüvvələri Afrin şəhərini PYD və YPG terrorçularından azad edib.

Onu da xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri yanvarın 20-də Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı “Zeytun budağı” adı altında əməliyyata başlayıb.(Trend)

COMMENTS