Afrindəki əməliyyatda iştirak edən Türkiyə təyyarələri bazalara qayıdıb

Afrindəki əməliyyatda iştirak edən Türkiyə təyyarələri bazalara qayıdıb


Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD-in mövqelərinə zərbələr endirən 70-dək Türkiyə təyyarəsi döyüş tapşırığını uğurla yerinə yetirərək aviabazalara qayıdıb.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Baş Qərargahın məlumatında bildirilir.

“Zərbələr terrorçuların Afrinin 7 rayonunda yerləşən obyektlərinə endirilib. Ümumilikdə 108 hədəf məhv edilib. Əməliyyata cəlb edilmiş 72 təyyarənin hamısı bazalarına dönüb”, – deyə Baş Qərargahın məlumatında bildirilir.

Gununsesi.info

COMMENTS