Afrində daha bir türk hərbçi həlak olub

  • Müəllif: admin
  • 23 Yanvar 2018 16:28

Türkiyənin daha bir hərbçisi Suriyanın Afrin bölgəsində aparılan “Zeytun budağı” əməliyyatı zamanı həlak olub.

Gununsesi.info-nun trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Nazir “Twitter” səhifəsində yazıb ki, ölən türk hərbçilərin qanı yerdə qalmayacaq: “Terrorun kökünü kəsənə qədər mübarizəyə davam edəcəyik”.

Qeyd edək ki, “Zeytun budağı” əməliyyatı zamanı yanvarın 22-də də bir türk hərbçi ölüb.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.

Gununsesi.info