Afrində neçə terrorçu öldürülüb? – Son rəqəmlər açıqlandı

  • By admin
  • 21 Fevral 2018 21:16


Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” əməliyyatında zərərsizləşdirilən terrorçu sayı 1780-nə çatıb.

Gununsesi.info xəbər verir ki, bu gün Karababa və Uverkan kəndləri də azad edilib.

Bununla da əməliyyatın başladığı 20 yanvar tarixindən etibarən 20-si strateji yüksəklik, 63-ü kənd olmaqla, ümumilikdə 91 məntəqə terrorçulardan təmizlənib.

 

Gununsesi.info