ABŞ Prezidenti Co Bayden Ukrayna ətrafındakı vəziyyətlə bağlı çıxış edəcək.
Gununsesi.info xəbər verir ki, çıxış yerli vaxtla 15:30-a ( Bakı vaxtı – 00:30) planlaşdırılır.
“Prezident qısa şərhlər, Rusiya və Ukrayna ilə bağlı aktual məlumatlar verəcək. Bu, ABŞ-ın yüksək səviyyəli diplomatiyaya açıq qaldığını və müttəfiqlərimizlə sıx koordinasiyada olduğunu bir daha təsdiq edəcək”, – Ağ Evin məlumatında deyilir.
“ABŞ diplomatiyanın və gərginliyin azaldılmasının irəliyə doğru ən yaxşı yol olduğuna inanır, lakin istənilən ssenariyə hazırdır”, – Ağ Ev əlavə edib.
Gununsesi.info