ABŞ Ədliyyə Nazirliyi 6 Rusiya vətəndaşını Ukraynaya, eləcə də NATO-nun digər 26 ölkəsinə qarşı kiberhücumlarda ittiham etdiyi bəyanat yayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, kiberhücum ittihamı QRU-nun beş zabiti və bir mülki şəxsə qarşı irəli sürülüb.
Ədliyyə Nazirliyinin əlavə etdiyi kimi, günahkarların məsuliyyətə cəlb edilməsi üçün bütün mövcud vasitələrdən istifadə olunacaq.
Amerika departamenti hesab edir ki, müttəhimlər Ukrayna hökuməti haqqında məxfi məlumat əldə etmək üçün əlbir olublar. Bundan əlavə, onlar həm də kompüter sistemlərinə zərər verməyi planlaşdırmaqda ittiham olunurlar.
Bundan əvvəl Positive Technologies-in tədqiqatçıları Rusiyaya təxminən üç dəfə çox kiberhücumların həyata keçirildiyini bildirmişdilər.