Ağ Ev Azərbaycana 2 milyon dollar ayırıb - TRAMPIN QIZI DEYİR Kİ...

  • By admin
  • 19 Avqust 2020 15:16

 

Ağ Ev “Qadınların Qlobal İnkişafı və Rifahı Naminə” Fondundan Azərbaycana 2 milyon ABŞ dolları dəyərində maliyyə vəsaiti ayrıldığını elan edib.

Bu barədə Gununsesi.info-ya  ABŞ-ın Azərbaycandakı Səfirliyindən bildirilib.

Məlumatda deyilir ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Administratorunun müavini Bonni Qlik, ABŞ-ın Dövlət Departamentinin Katibinin müavini Stiven Biequn və ABŞ Prezidentinin məsləhətçisi İvanka Tramp birgə bəyanatla çıxış edərək bildiriblər ki, prezident Tramp tərəfindən 2019-cu ilin fevralında təsis edilən və Ağ Ev-in rəhbərliyi ilə həyata keçirilən “Qadinların Qlobal İnkişafı və Rifahı Naminə” Təşəbbüsü (W-GDP) çərçivəsində yeni fəaliyyətlər və tərəfdaşlıqlar üçün 122 milyon ABŞ dolları ayrılıb.

W-GDP fondundan ayrılan 2 million ABŞ dolları dəyərində vəsait, Azərbaycanda fəaliyyət göstərən USAID təşkilatı vasitəsi ilə qadınlar tərəfindən idarə olunan və qadınlara yönəlmiş biznes və peşəkar assosiasiaların imkanlarının artırılmasına yardım ediləcək.

Sözügedən platformalar biznes sahəsində çalışan qadınlara öz sözlərini deməyə, habelə onlara təlim, resurslar və bazarlara kollektiv çıxış əldə etməyə yardım edəcək . W-GDP fondu sahibkar qadınlara bazarlara, maliyyə mənbələrinə və şəbəkələrə, təlim və digər resursları əldə etməyə imkan yaradır. Qadındar əldə etdikləri bu bacarıqlar sayəsində yeni biznesə başlamaq və onun inkişafı ilə bağlı çətinliklərin aradan qaldırılmaq imkanını əldə edəcək.

Prezidentin məsləhətçisi İvanka Tramp: “W-GDP fondu qadınların iqtisadi zənginliyinin artmasına xidmət edən proqramların maliyyələndirilməsi və inkişafı üçün yaradılmışdır. Biz ABŞ hökumətinin və özəl sektorun resurs və təcrübəsindən istifadə edərək ,fəaliyyətlərin həyata keçirildiyi icmalarda davamlı və dərin səmərə verməsini təmin edirik,“ deyərək qeyd edib.

Bu il Azərbaycan dünyanın 60- dan çox dövlətinə qatılaraq W-GDP təşəbbüsünün irəliləməsinə təkan verib. W-GDP təşəbbüsü qadınlara, həm iqtisadiyyatda iştirak, həm də rifahın və milli təhlükəsizliyin irəliləməsi sahəsində imkanları artırır. İqtisadi baxımdan zəngin imkanlara malik qadınlar öz ailə və icmalarına yenidən sərmayyələr yatıraraq, qlobal sülh və sabitliyə təkan verən iqtisadi artıma töhfə verir.

W-GDP Təşəbbüsü Barədə Məlumat

2019-cu ilin fevralında Ağ Ev qadınların iqtisadı imkanlarını gücləndirməsinə xidmət edən və Birləşmiş Ştaların hökuməti tərəfindən tam həyata keçirilən ilk layihəsini, Qadinların Qlobal İnkişafı və Rifahı Naminə (W-GDP) Təşəbbüsünü təsis edib. Qadınların iş yerlərində inkişafı, sahibkar qadınların rifahının artması, və qadınların iqtisadiyyatda rolunun güclənməsi kimi üç əsas istiqamətə yönəlmiş W-GDP Təşəbbüsünün məqsədi 2025-ci ildə inkişaf edən dövlətlərdə yaşayan 50 million qadını əhatə etməkdən ibarətdir. W-GDP təşəbbüsü yeni innovasiya fonduna təkan verərək sözügedən üç istiqamətə yönəlmiş özəl-ictimai tərəfdaşlığı inkişaf etdirir. Keçirildiyi ilk ildə W-GDP Təşəbbüsü dünyanın müxtəlif dövlətlərində yaşayan 12 million qadını əhatə edib.

Gununsesi.info